"Mançester Siti"nin hücumçusu "Arsenal" yolunda

Qabriel Jesus mövsümün sonunda "Mançester Siti"dən ayrılmaq istəyir.

Newsport.az-ın məlumatına görə, braziliyalı hücumçunun xidmətində "Arsenal" maraqlıdır. "The Athletic"in məlumatına görə, London təmsilçisi uzun müddətdir 25 yaşlı forvardın meneceri ilə danışıqlar aparır.

"Mançester Siti" 1 il sonra müqaviləsi başa çatan futbolçunun satışından gəlir eldə etmək istəyir. 

Qeyd edək ki, Qabriel Jesus "Mançester Siti"yə 2017-ci ilin qışında Braziliyalın "Palmeyras" klubundan keçib. O, cari mövsümdə "şəhərlilər"in heyətində meydana çıxdığı 34 oyunda 7 qol və 3 asistlə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right