Azərbaycanlı futbolçu Estoniya yığmasında oynaya bilər

“Levadiya”da çıxış edən azərbaycanlı futbolçu Murad Vəliyev bir müddət əvvəl Azərbaycanın U-20 yığmasına dəvət edilmişdi.

Newsport.az-ın məlumatına görə, gənc yarımmüdafiəçi Estoniya Futbol Federasiyasının da diqqət mərkəzindədi. Belə ki, həmyerlimiz bu ölkənin U-21 yığmasına da cəlb edilə bilər. Aldığımız məlumata görə,
​futbolçunun özü Azərbaycanın U-21 yığmasında çıxış etmək istəyir.

Estoniyanın U-21 yığmasının baş məşqçisi Sander Post özü də Vəliyevi sərəncamında görmək istəyir.

Vəliyev əvvəllər Estoniyanın U-16, U-18, U-19 yığmalarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right