Mahir Emrelinin baş məşqçisi istefa verdi

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu baş məşqçisi Jelko Kopiçlə yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, bu barədə Kopiç Zaqreb klubunun rəsmi saytına açıqlamasında bildirib. O, rəhbərliyə, futbolçulara və klubun bütün işçilərinə təşəkkür edib.

Kopiç 2021-ci ilin dekabrından “Dinamo”nun baş məşqçisi idi. Komanda ötən gün 9-cu turdan təxirə salınmış oyunda “Hayduk”a 0:1 hesabı ilə uduzub. Kopiç bu matçdan sonra mətbuat konfransına qatılmamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right