“Mançester Yunayted”də liderlik, xarakter, mübarizə, qətiyyət yoxdur”

“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin İngiltərə Premyer Liqasının 30-cu turunun “Liverpul”la oyununa (0:4) görə “qırmızı şeytanlar”ı tənqid edib.

Newsport.az-ın məlumatına görə, Kin, “Mançester Yunayted”in futbolçularında xarakter və qətiyyət olmadığını bildirib:

“Dünyanın ən böyük klubu olan “Mançester Yunayted”i tərk etmək istəyən bu qədər çox futbolçu görməmişdim. Görünür ki, “Everton”a məğlubiyyətdən sonra onlar artıq təslim olublar. Onlar yoxa çıxıblar!

Komandada liderlik, xarakter, mübarizə, qətiyyət yoxdur. Mən bu komandada oynayanda əlimizdə olan hər şey yox olub.

Cessi Linqard “Mançester Yunayted”i xilas etmək üçün meydançaya çıxır. O, iki il əvvəl klubu tərk etməli idi. Linqard kifayət qədər yaxşı futbolçu deyil.

“Mançester Yunayted” Premyer Liqada altıncıdır, bu, inanılmazdır”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right