Mahir Emreli: “Öz-özümə düşünürəm ki, kişi ol, xarakter göstər”

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun futbolçusu Mahir Emreli “sportske.jutarnji.hr” portalına müsahibə verib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü, müsahibədə zədələnməsi barədə də danışıb:

“Nə vaxt ağrı hiss edirəmsə, bu barədə düşünmürəm, oynamaq istəyirəm. Yaxşı olardı ki, belə məqamlarda yanımda mənə “Mahir, dayanmaq vaxtıdır, oynaya bilməzsən” deyən biri olsun. Daha doğrusu, belə düşünürəm: kişi ol, xarakter göstər, ağrı hiss etsən, nə olacaq ki?

“Hayduk”la oyununun Xorvatiyanın ən böyük derbisi olduğunu, bu matçın hansı mənanı kəsb etdiyini bilirdim və oynamaq istəyirdim. Buna görə də, zədələnməyim çox pis oldu. Həmin oyunda heç nə etmədim. Zədəli olduğumu heç kim bilmirdi. Bu barədə baş məşqçiyə deməmişdim və fanatların mənə baxanda nə düşündüklərini təsəvvür edirdim. Yəqin fikirləşirdilər ki, “Dinamo” məni niyə alıb. Bu, sadəcə mənim səhvim idi, bir daha təkrarlanmayacaq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right