"Mançester Yunayted"də lider yoxdur, klub bərbad durumdadır"

“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin İngiltərə Premyer Liqasının 30-cu turunda “qırmızı şeytanlar”ın “Liverpul”la 0:4 hesablı məğlubiyyətini şərh edib.

Newsport.az xəbər verir ki, o, BBC-yə açıqlamasında klubu kəskin tənqid edib: “İndi mən qəzəb və kədər içərisindəyəm. “Mançester Yunayted”in lideri yoxdur, klub bərbad vəziyyətdədir. Onlara yeni məşqçi, yeni oyunçular lazımdır. Bunu görmək kədərlidir. Bu, mənim oynadığım klub deyil. Mən komandanın meydanda döyüşdüyünü görmürəm”.

Qeyd edək ki, "Mançester Yunayted" 33 matçdan sonra 54 xalla turnir cədvəlində 6-cı yerdədir. “Liverpul” (32 oyuna) 76 xalla liderliyə yüksəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right