Premyer Liqaya yüksələn ilk komanda bilindi

2022-2023 mövsümü üçün İngiltərə Premyer Liqasına vəsiqə qazanan ilk klubun adı müəyyənləşib.

Newsport.az xəbər verir ki, "Fulhem"in sona 3 tur qalmış elitaya yüksəlməsi dəqiqləşib.

London klubu Çempionşipin 43-cü  turunda "Preston" üzərində 3:0 hesablı qələbə sayəsində buna nail olub.

"Fulhem" - "Preston" - 2:0

Qollar: Mitroviç, 9, Karvalyu, 34, Mitroviç, 41

Beləliklə, xallarını 86-ya çatdıran "Fulhem" 1-ci pillədə möhkəmlənib və 73 xalla 3-cü yerdə gedən "Haddersfild" üçün əlçatmaz olub.

Qeyd edək ki, "Futhem" Premyer Liqanı 2020/2021 mövsümündə 18-ci yeri tutaraq tərk etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right