Qvardiola və Keyn qolf turnirində

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola və  "Tottenhem"in hücumçusu Harri Keyn qolf turnirində iştirak edəcəklər. 

Newsport.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. Qvardiola və Keyn tennis üzrə 3 qat Böyük Dəbilqə çempionu Eşli Barti və boks üzrə dünya çempionu meksikalı Saul Alvareslə dünya komandasında yer alacaq. ABŞ komandasında isə amerikalı əfsanəvi idmançılardan üzgüçü Maykl Felps və boksçu Oskar de la Hoya kimi şəxslər olacaq . Felps 23 qat Olimpiya çempionu, de la Hoya 6  çəki dərəcəsində keçmiş dünya çempionudur.

Qeyd edək ki, sözügedən turnir 30 iyun-1 iyul tarixlərində keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right