"Atletiko"nun əsas oyunçusu üçün mövsüm erkən başa çatdı

"Atletiko"nun futbolçusu Joao Feliks zədələnib. 

Newsport.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi La Liqanın 32-ci turunda "Espanyol"la oyunda (2:1) sıradan çıxıb. Onun sol bud əzələsi zədələnib. Portuqaliyalı oyunçu isə öz İnstaqram səhifəsində etdiyi paylaşımda bu səbəbdən mövsümün qalan hissəsində yaşıl meydanlara çıxmayacağını açıqlayıb.

Qeyd edək ki, Feliks bu mövsüm 35 oyunda 10 qol vurub və 6 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right