"Mahirə Arsen Vengerin dediyindən də az vaxt lazım oldu"

Oman millisinin baş məşqçisi Branko İvankoviç Azərbaycan millisinin "Dinamo"da (Zaqreb, Xorvatiya) çıxış edən üzvü Mahir Emreli haqqında danışıb.

Newsport.az trportal.hr-a istinadən xəbər verir ki, mütəxəssis bu sözləri deyib:

“Mən Arsen Vengerin nə dediyini bilirəm: hər bir oyunçuya, hətta ən yaxşı futbolçuya belə uyğunlaşmaq üçün 8-10 ay lazımdır. Deyəsən, Emrelinin uyğunlaşmağı bundan çox az vaxt apardı. Axı o, bura tamam başqa mühitdən həm titulların, həm də qol töhfəsinin gözlənildiyi kluba gəlib. Mahir ehtiyat oyunçular skamyasından meydana çıxandan sonra Riyekada qol vurdu və bu, “Dinamo”nun geri dönüşünün başlanğıcı oldu. Bəlkə də titul uğrunda mübarizədə əsas məqamları biri idi”.  

Qeyd edək ki, Mahir Xorvatiya çempionatında ardıcıl 2 matçda qol vurmağı bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right