“Lester” səfərdə uduzdu

Bu gün İngiltərə Premyer Liqasında 33-cü tura start verilib.

Newsport.az-ın məlumatına görə, turun ilk matçında “Tottenhem”lə “Brayton” üz-üzə gəlib. Qonaqlar bu oyunda minimal hesabla üstün olublar.

Cari mövsümün uğursuz komandalarından olan “Mançester Yunayted” bu turda autsayder “Norviç”i qonaq edib. Beş qolun qeydə alındığı matç “qırmızı şeytanlar”ın qələbəsiylə yekunlaşıb.

“Arsenal” isə bu turda “Sauthempton”la qarşılaşıb və minimal hesabla uduzub.

Bu gün daha iki qarşılaşma baş tutub. “Vest Hem” – “Bernli” matçında qalib müəyyənləşməyib. Üç qolun qeydə alındığı “Nyukasl” – “Lester” matçında isə meydan sahibləri qələbə qazanıblar.

Çempionluq uğrunda mübarizə aparan “Liverpul”la “Mançester Siti” Federasiya kubokunda qarşılaşacaqlarından, onların Premyer Liqadakı oyunları təxirə salınıb.

İngiltərə Premyer Liqası, 33-cü tur

16 aprel

Tottenhem – Brayton 0:1
Qol: Trossard, 90.

Mançester Yunayted – Norviç 3:2
Qol: Ronaldo, 7; 32; 76 – Douel, 45+1. Pukki, 52.

Sauthempton – Arsenal 1:0
Qol: Bednarek, 44.

Uotford – Brentford 1:2
Qol: Dennis, 54 – Norqaard, 15. Yansson, 90+6.

17 aprel

Nyukasl – Lester 2:1
Qol: B.Gimaraeş, 30; 90+5 – Lukman, 19.

Vest Hem – Bernli 1:1
Qol: Souçek, 74 – Veqorst, 33.

Bombardir: Məhəmməd Salah (Liverpul) – 20 qol.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right