“Beşiktaş” səfərdə xal itirdi

Futbol üzrə Türkiyə Super Liqasında 33-cü turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Lider “Trabzonspor” ilk oyun günündə meydana çıxıb. Qaradəniz təmsilçisi doğma meydanda “Fatih Karagümrük”ü qəbul edib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar. Günün digər matçında “Kayserispor”la “Rizəspor”un dueli də oxşar nəticə ilə başa çatıb.

“Fənərbaxça” bu turda “Göztəpə”ylə qarşılaşıb və inamlı qələbəyə sevinib.

“Beşiktaş” bu turda “Girəsunspor”la qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb.

Cari mövsümdə uğrusuz çıxış edən “Qalatasaray” turun son matçında autsayder “Yeni Malatyaspor”la üz-üzə gələcək.

Türkiyə Super Liqası, 33-cü tur

15 aprel

Trabzonspor – Fatih Karagümrük 1:1
Qol:
V.Huqo, 58 – Bilya, 45+4.

Kayserispor – Rizəspor 1:1
Qol
: E.Başsan, 77 – Pohjanpalo, 67.

16 aprel

Hatayspor – Sivasspor 1:1
Qol:
Benziya, 61 – Z.Erdal, 28-pen.

Alanyaspor – Antalyaspor 1:3
Qol
: Dyedyu, 78 – Rayt, 17. G.Bayrakdar, 40; 58.

Altay – Başakşəhər 1:1
Qol:
C.Gülselam, 89 – Trezeqe, 40.

Fənərbaxça – Göztəpə 2:0
Qol:
S.Aziz, 4. A.Gülər, 83-pen.

17 aprel

Konyaspor – Qaziantep 4:1
Qol:
E.Çekici, 32. Koka, 43. Hacıahmetoviç, 56. Mixalak, 90+4 – M.Dəmir, 87.

Kasımpaşa – Adana Demirspor 4:0
Qol:
D.Haspolat, 11. Muleka, 45+1; 63. U.Bozok, 73.

Girəsunspor – Beşiktaş 0:0

18 aprel

21:30 Qalatasaray – Yeni Malatyaspor

Bombardir: Ayub El Kaabi (Hatayspor) – 15 qol.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right