"Liverpul"un arzusu bu mövsüm 4 kubok qazanmaqdı"

"Liverpul"un futbolçusu Sadio Mane İngiltərə Federasiya kubokunda "Mançester Siti" üzərində qazandıqları qələbəni şərh edib.

Newsport.az-ın məlumatına görə, seneqallı vinger 3:2 hesabıyla başa çatan görüşlə bağlı bunları deyib:

"Xüsusi gün oldu. Dünyanın ən yaxşı komandalarından birinə qarşı oynadıq.  "Mançester Siti"ni məğlub edərək finala yüksəldiyimiz üçün şadıq.


Matça yaxşı başladıq və irəli getdik. İlk qolumda qapıçıda səhv var idi,amma onu topu buraxmağa biz məcbur etdik. "Liverpul"un arzusu bu mövsüm 4 kubok qazanmaqdır. Bunun üçün mübarizə aparacağıq. Qarşıda oyunlar çoxdur".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right