Əliyev oynadı, komandası qalib gəldi

Rusiya 1-ci divizionunda 33-cü turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Kamran Əliyevin formasını geyindiyi "SKA-Xabarovsk" növbəti matçına çıxıb.

Əliyevin komandası "Metallurq"la (Lipetsk) qarşılaşıb və 1:0 qalib gəlib.

Meydana 74-cü dəqiqədə çıxan Kamran sarı vərəqə ilə də cəzalanıb.

​“SKA-Xabarovsk” 33 turdan sonra 56 xalla 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right