Krivotsyuk oynadı, “Visla” evdə uduzdu

Futbol üzrə Polşa çempionatında 29-cu turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Lex”lə qarşılaşıb. Krivotsyukun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Müdafiəçi 5-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Visla” 29 turdan sonra 42 xalla 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right