"Emreli əvəzlənərkən azarkeşlər tərəfindən alqışlandı"

Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli Zaqreb "Dinamo"sunun heyətində ardıcıl ikinci oyunda qol vurub.

Newsport.az-ın məlumatına görə, 25 yaşlı forvard Xorvatiya çempionatının 31-ci turunun "İstra 1961"lə matçında (3:0) komandasının sonuncu qolunun müəllifi olub. "Veçernji" nəşri Mahirin ardıcıl ikinci oyunda qol vurması barədə bunları yazıb:

"Mahir Emreli "Dinamo"da ikinci qolunu vurdu. Bu, Azərbaycandan olan futbolçunun "Maksimir" stadionundakı ilk qolu idi. Emreli 71-ci dəqiqədə Petkoviçlə əvəzlənərkən azarkeşlər tərəfindən alqışlandı".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right