Futbol üzrə Türkiyə Super Liqasında 33-cü tura start verilib.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Lider “Trabzonspor” ilk oyun günündə meydana çıxıb. Qaradəniz təmsilçisi doğma meydanda “Fatih Karagümrük”ü qəbul edib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar. Günün digər matçında “Kayserispor”la “Rizəspor”un dueli də oxşar nəticə ilə başa çatıb.
“Fənərbaxça” bu turda “Göztəpə”ylə, “Beşiktaş” isə “Girəsunspor”la qarşılaşacaq.
Cari mövsümdə uğrusuz çıxış edən “Qalatasaray” turun son matçında autsayder “Yeni Malatyaspor”la üz-üzə gələcək.