"Real"ın sabiq futbolçusu avtomobil qəzasında öldü

Kolumbiya millisinin və "Real"ın sabiq futbolçusu Freddi Rinkon 55 yaşında dünyasını dəyişib.

Newsport.az xarici KİV-lərə istinadən xəbər verir ki, keçmiş yarımmüdafiəçi qəza nəticəsində aldığı xəsarətlərdən vəfat edib. 
 
Xatırladaq ki, aprelin 11-də Rinkonun olduğu avtomobil Kalidə (Kolumbiya) avtobusla toqquşub. Freddi reanimasiyaya aparılıb və  ancaq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Rinkon 1995-1996-cı illərdə "Real"da çıxış edib. Keçmiş yarımmüdafiəçi 1986-2004-cü illər arasında davam edən karyerası ərzində "Napoli" və bir sıra Kolumbiya və Braziliya klublarında da çıxış edib. O, 1990-2001-ci illərdə Kolumbiya millisinə çağırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right