Ronaldonu polisə şikayət etdilərN

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo  14 yaşlı autizmli azarkeşin telefonu sındırdığına görə polisə şikayət edilib.

Newsport.az xəbər verir ki, bu barədə həmin uşağın anası Sara Kelli bildirib. O deyib: 

"Mançester Yunayted" də bu məsələyə düzgün reaksiya vermədi. Düzünü desəm, onlar vəziyyəti daha da pisləşdirdilər. Küçədə kimsə bizə hücum etsə, sonra da bizi yeməyə dəvət etsə, təbii ki, razılaşmazdıq. Bu bizə niyə lazımdır? Sadəcə həmin hərəkəti Kristiano Ronaldo etdiyinə görə? Sanki ona borcluyuq. Bağışlayın, amma bu, belə deyil. Biz nəzakətlə "Mançester Yunayted"in oyununa dəvəti rədd etdik, çünki Ceykob oraya getmək və Ronaldonu görmək istəmir.  Məsələ artıq polisin əlindədir. İndi deyə biləcəyim tək şey budur”.

Qeyd edək ki, Ronaldo İngiltərə Premyer Liqasının 32-ci turunda "Everton"a 0:1 hesabı ilə uduzduqları matçdan sonra paltardəyişmə otağına gedən zaman azarkeşlərdən biri telefon tutduğu əlini ona uzadıb. 37 yaşlı oyunçu fanatın əlini itələyən vaxtı telefon yerə düşüb və sınıb. Ronaldo hadisəyə görə üzr istəyib və onu matça dəvət edib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right