Tayson Fyuri həbs oluna bilər

Dünya Boks Şurasının (WBC) ağır çəkidə britaniyalı çempionu Tayson Fyuri həbs oluna bilər.

Newsport.az "The Times"a istinadən xəbər verir ki, 34 yaşlı idmançını narkotik kartelinin rəhbəri ilə əlaqədə olduğu üçün həbs cəzası gözləyir.

Britaniya hökuməti Fyuri də daxil olmaqla, bir sıra boksçulara cinayətkar qrupa rəhbərlik edən irlandiyalı Daniel Kinahanla əlaqəni kəsməyi tövsiyə edib. Əks halda, onlar cinayət ortağı kimi məsuliyyətə cəlb olunacaqlar.

Qeyd edək ki, Tayson Fyuri karyerasında 31 qələbə və 1 heç-heçə əldə edib. O, karyerasındakı sonuncu görüşünü aprelin 23-də həmyerlisi Dillian Uayta qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right