Tuhel: "Hakimə təşəkkür edəcəkdim, amma o, Ançelotti ilə gülürdü"

"Çelsi"nin baş məşqçisi Tomas Tuhel Çempionlar Liqasının 1/4 finalında "Real"la cavab matçının (3:2) hakimlərini tənqid edib. 

Newsport.az xəbər verir ki, oyunun polşalı hakimi Şimon Marçinyak final fitindən sonra "Real"ın baş məşqçisi Karlo Ançelotti ilə bir neçə dəqiqə danışıb, gülüblər. Tuhel isə məsələ ilə bağlı "Daily Mail"ə açıqlamasında deyib:

“Hakimin həmkarım Karlo Ançelotti ilə əla vaxt keçirməsi məni məyus etdi. Bilirəm ki, Karlo Ançelotti centlmen və gözəl insandır, amma matça görə hakimə təşəkkür etmək istəyəndə onun rəqibin məşqçisi ilə bərabər qəhqəhə çəkərək güldüyünü gördüm. Düşünürəm ki, final fitindən -  bir komandanın bütün ürəyini verdiyi, son damla qanına qədər mübarizə apardığı 126 dəqiqəlik matçdan sonra bunu etmək çox, çox yersiz bir məqamdır. Ondan sonra gedib görürsən ki, hakim başqa məşqçi ilə gülüb-gülür. Düşünürəm ki, bu hərəkət səhv zamanda edilib. Mən bu barədə ona dedim”. 

Qeyd edək ki, "Çelsi" ötən gün "Real"a 3:2 hesabı ilə qalib gəlsə də, ilk görüşdə 1:3 hesabı ilə uduzduğu üçün turnirdə mübarizəni dayandırıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right