“Məğlub olsaq da, komandamın oynadığı futboldan razı qaldım”

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsində Danimarka yığmasına qarşı keçirdikləri səfər oyununu şərh edib. Newsport.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib:
 
“Bosniya və Herseqovina komandası ilə müqayisədə Danimarka daha güclü rəqib idi. Bizi çox çətin oyun gözlədiyini bilirdik. Qrupumuzun məğlub olmayan lider komandasına qarşı oynadıq. Düzdür, 0:2 hesabı ilə məğlub olsaq da, komandamın oynadığı futboldan razı qaldım. Xüsusən verdiyimiz tapşırıqları yerinə yetirmək, xarakter nümayiş etdirmək baxımından, futbolçuların istəkli olmaları, sonadək mübarizə aparmaları məni qane etdi. Son iki oyunda qazandığımız təcrübə gələcək oyunlarında bizə çox faydalı olacaq. Məqsədimiz qarşıdakı iki oyundan xal və ya xallarla ayrılaqdır”.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right