İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem oğlunun toyunda ona investoru olduğu “Lunaz” avtomobil firmasının ən bahalı maşınını hədiyyə edib.
Newsport.az xəbər verir ki, sosial mediada Bekhemin oğlu Bruklin və gəlini Nikolanın toyu münasibətilə onlara 435 min dollar maşın alıb.
Araşdırmalardan sonra məlum olub ki, “Lunaz Jaguar” adlı avtomobil 1954-cü il istehsalıdır və ötən il elektriklə təchiz olunub.
Bu da onun qiymətinin artmasına - yəni təxminən yarım milyona gəlib çatmasına səbəb olub.