Espirito Santo ştatının (Braziliya) çempionatının "Nova Venezia" və "Desportiva Ferroviaria" klubları arasında keçirilən oyununda xoşagəlməz hadisə yaşanıb.
Newsport.az xarici KİV-lərə istinadən xəbər verir ki, qonaq komandanın baş məşqçisi Rafael Soriano görüşün fasiləsində meydançaya qaçaraq hakimlər briqadasının işindən narazılığını ifadə etməyə başlayıb. O, emosiyalarını saxlaya bilməyib və başı ilə yan xətt hakimi Marselli Nettonun üzünə zərbə endirib. Qadın hakimin bu zaman burnundan tutub. Soriano isə birbaşa qırmızı vərəqə alıb və polis əməkdaşlarının müşayiəti ilə meydanı tərk edib.