"Mançester Yunayted" Kavaniyə müqavilə təklif etməyəcək

Edinson Kavani mövsümün sonunda "Mançester Yunayted"dən ayrılacaq.

 

Newsport.az xəbər verir ki, İngiltərə klubu 35 yaşlı hücumçunun müqaviləsini uzatmayacaq. Uruqvaylı forvard mövsüm başa çatdıqdan sonra azad agent statusu alacaq.

 

Edinson Kavani "Mançester Yunayted"ə 2020-ci ilin yayında transfer olunub. Təcrübəli qolçu cari mövsümdə "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 17 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right