"Oğlum Ronaldonu bir daha görmək istəmədiyini dedi"

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldonun telefonu sındırdığı 14 yaşlı autizmli azarkeşin anası oğlunun duyğularından danışıb.

Newsport.az "The Telegraph"a istinadən xəbər verir ki, Sara Kelli bildirib:

“İlk dəfə idi ki, birlikdə futbol oynayırdıq. Ceykob "Everton" azarkeşidir və futbol onun həvəsidir. Sadəcə, gördüyü oyuna, qələbəyə, yaşadığı təcrübəyə görə sevinirdi. Ancaq o beş saniyə haqqında düşünürəm - bu günü tamamilə məhv etdilər. Bu şok edicidir. Ceykob əlil olduğuna görə fikirlərini ifadə etmək onun üçün daha çətindir və baş verənləri tam başa düşməsi üçün daha çox vaxt lazım ola bilər.  Mən hadisədən sonra oğlumdan soruşdum: “Mançester Yunayted"in oyununa getmək istəyirsən? Ronaldo bizi matça dəvət edib. O isə dedi: “Yox ana, mən onu bir daha görmək istəmirəm”. Bu, məyusedicidir, çünki Ronaldo Ceykobun “Yunayted”lə oyuna getmək istəməsinin səbəblərindən biri idi”. 

Qeyd edək ki, Ronaldo İngiltərə Premyer Liqasının 32-ci turunda "Everton"a 0:1 hesabı ilə uduzduqları matçdan sonra paltardəyişmə otağına gedən zaman azarkeşlərdən biri telefon tutduğu əlini ona uzadıb. 37 yaşlı oyunçu fanatın əlini itələyən vaxtı telefon yerə düşüb və sınıb. Ronaldo hadisəyə görə üzr istəyib və onu matça dəvət edib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right