Ukrayna klubunun azərbaycanlı futbolçusu Premyer Liqamızda oynayacaq?

Azərbaycanın U-21 yığmasının üzvü, "Aleksandriya"nın futbolçusu Emil Mustafayev karyerasını Azərbaycanda davam etdirməyə yaxın olub.

Newsport.az-ın məlumatına görə, Ukraynadakı hərbi vəziyyətə görə ölkədə futbol dayandığından klublarımız futbolçunu icarəyə götürmək istəyib.

Premyer Liqa klublarımız onu minimum iki aylıq, mövsüm sonuna qədər icarəyə götürmək niyyətində olub. Amma sənəd məsələlərinə görə onun klublarımızdan birinə icarə əsasında keçmək variantı baş tutmayıb. Hazırda Ukraynada hərbi vəziyyət davam etdiyindən 18-60 yaşlı kişilərin ölkəni tərk etməsinə icazə verilmir. Mustafayev hazırda "Aleksandriya"nın düşərgəsindədi və məşqlərini həm kollektiv, həm də fərdi şəkildə yerinə yetirir. 

Xatırladaq ki, Mustafayevin xidmətində "Neftçi" və "Sabah" klubları maraqlıdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right