Super Liqa matçına duman əngəli

Futbol üzrə Türkiyə Super Liqasının 32-ci turu çərçivəsində bu gün keçirilməli olan “Qaziantep” – “Trabzonspor” oyunu təxirə salınıb.

Newsport.az-ın məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, matçın təxirə salınmasına qonaq komandanın sıx dumana görə səfərə yollana bilməməsi səbəb olub. Əlverişsiz hava şəraiti ucbatından Trabzon hava limanındakı uçuşlar ertələnib.

Qarşılaşma aprelin 9-da Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right