Türkiyə Super Liqasının XXXII turu çərçivəsində bu gün keçirilməli olan "Qaziantep" - "Trabzonspor" matçı təxirə salınıb.
Newsport.az xəbər verir ki, Qaradəniz təmsilçisi dumanlı havaya görə Qaziantep səfərinə yollana bilməyib. Qarşılaşma bu səbəbdən sabaha ertələnib.
Matç saat 21:30-da başlayacaq.
"Trabzonspor" çempionatda sona 7 tur qalmış 71 xalla vahid liderdir.