Tuhel: "Nəticəyə görə hamımız cavabdehik"

"Ağır məğlubiyyət idi. "Stamford Bric"də keçirdiyim ən pis ilk hissələrdən biri oldu.  Fasilədə  taktikanı dəyişdik və hər şeyi düzəltmək istədik. "Real" kifayət qədər zəif tərəflərinin olduğunu düşündüm, lakin biz tələb olunandan çox uzaq idik. Bütün bunları beş gün əvvəl müzakirə etdik. Beş gündə 7 qol buraxdıq. Heç nə dəyişmədi. Bu, həyəcanverici vəziyyətdir. Şənbə günkü matça köklənməliyik, "Santyaqo Bernabeu" səfərini düşünməməliyik".

Newsport.az xəbər verir ki, bu sözləri "Çelsi"nin baş məşqçisi Tomas Tuhel Çempionlar Liqasının 1/4 finalında "Real"a 1:3 hesabı ilə uduzduqları ilk oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, birinci hissədə ötürmələrdə dəqiqlik, mübarizə və ehtiras çatışmırdı: "Fasilədən sonra qapıya zərbələrin sayında rəqibi xeyli üstələdik. Oyuna qayıtmaq şansları həmişə olur, amma ikinci hissənin lap əvvəlində qol vura bilməsək, sonradan bunu etmək xeyli çətinləşir. Hesabı 2:3 etmək şanslarımız oldu və bu, qarşıdurmamızda mühüm rol oynaya bilərdi. Lakin bunu bacarmadıq. Əvvəlki səviyyəmiz qayıda bilmirik. Beynəlxalq fasilədən sonra hansı formada olduğumuzu bilmirəm. Amma belə bir oyunla 1/4 finalda "Real"a qarşı müsbət nəticəyə ümid etmək mümkün deyil. Bu nəticəyə görə mən də daxil olmaqla hamımız cavabdehik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right