Millimizin rəqibi erməniyə tapşırılır?

Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibi olan Qazaxıstan yığması baş məşqçisiz qalıb. Newsport.az yerli mətbuata istinadən xəbər verir ki, Qazaxıstan Futbol Federasiyası Andrey Karpoviçlə müqaviləni yeniləməmək qərarına gəlib.
 
Federasiya baş məşqçi postuna ilk namizədi də müəyyənləşdirib. Qazaxıstan millisinin sabiq baş məşqçisi Qriqori Babayana təklif göndərilib.
 
Hazırda ÇSKA-da (Moskva) köməkçi məşqçi kimi fəaliyyət göstərən Ermənistan əsilli mütəxəssisin klubla sözləşməsi may ayının sonuna qədərdir. Onun həmin vaxtdan Qazaxıstan yığmasının “sükanı arxasına” keçməsi gözlənilir. Babayan 2008-2014-cü illərdə də Qazaxıstan millisini çalışdırıb.
 
Azərbaycan millisi Millətlər Liqasında C liqasının 3-cü qrupu çərçivəsində ilk oyununu Qazaxıstana qarşı keçirəcək. Oyun iyunun 3-də “Astana Arena”da keçiriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right