Mirça Luçesku: "Ukrayna Premyer Liqasını bərpa etmək mümkünsüzdür"

"Hazırkı çempionatı bərpa etmək mümkün olmayacaq".

Newsport.az xəbər verir ki, bunu Ukraynanın "Dinamo" (Kiyev) komandasının baş məşqçisi Mirça Luçesku "Digisport"a müsahibəsində bildirib.

77 yaşlı mütəxəssis komandasının Rumıniyada məşq etməsinin müsbət hal olduğunu bildirib: "Bu, futbolçuların növbəti oyunlara hazırlaşmasına köməklik edəcək. Bizim yoxlama oyunlarımız humanitar səbəblərdən baş tutacaq. 4 milyondan çox ukraynalı ölkəni tərk edib. Biz onların çoxuna kömək edirik. Matçlarımız pul yığmağa kömək edəcək. Lakin bu, həm də prestij məsələsidir. Bu səbəbdən, oyunçular yaxşı hazırlaşmalıdırlar".

Qeyd edək ki, Ukrayna Premyer Liqası fevralın 24-də dayandırılıb. 18 turdan sonra "Şaxtyor" (Donetsk) komandası 47 xalla birinci, Kiyev "Dinamo"su isə 45 xalla ikinci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right