"Real"ın futbolçusu Kərim Benzema Ramazan ayında oruc tutmasının onun gündəlik iş və məşq rejiminə təsir edib-etmədiyi ilə bağlı danışıb.
Newsport.az-in məlumatına görə, müsəlman oyunçu bununla bağlı verilən suala cavabında deyib ki, Ramazan ayı onun həyatının bir parçasıdır:
"Oruc tutmağın mənim oyunuma və məşqlərimə heç bir təsiri olmur. Mənim dinim Ramazan ayının qaydalarına əməl etməyi vacib buyurur. Bu, mənim üçün çox önəmlidir. Oruc tutanda özümü yaxşı hiss edirəm".