"Ukrayna futbolçularını hərbi vəzifədən azad edib" Luçesku

Ukrayna hökuməti futbol üzrə milli komandanın oyunçularını hərbi vəzifədən azad edib.

Newsport.az-ın məlumatına görə, bu barədə Kiyev "Dinamo"sunun baş məşqçisi Mirça Luçesku  "Il Napolista"ya açıqlamasında deyib

“Kiyev “Dinamo”su Rumıniyaya Ukrayna millisinin əsas özəyini təşkil edən on bir futbolçunu gətirə bildi. Hökumət onlara yaşıl işıq yandırdı. Milli komandanın futbolçuları xüsusi mövqe tutduqlarına görə hərbi xidmətdən azad olunublar. Hətta futbol belə vəziyyətdə çox şey edə bilər. Pley-off və bəlkə də dünya çempionatına çıxmaq... Bütün bunlar ölkə üçün çox vacib ola bilər”.

Qeyd edək ki, Ukrayna DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Şotlandiya ilə qarşılaşacaq. Bu cütün qalibi finalda Uelslə üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right