"Neftçi"nin keçmiş futbolçusu: "Oynamağa davam etmək istəyirəm"

Ötən mövsüm "Neftçi"də çıxış etmiş yaponiyalı futbolçu Keysuke Honda karyerasını bitirmək fikrində deyil

Newsport.az-ın məlumatına görə, Litvanln "Suduva" klubundan ayrıldıqdan sonra azad agent statusunda olan 35 yaşlı yarımmüdafiəçi oynamağa davam etmək istədiyini bildirib:

“Hələ futbolçu karyeramı bitirməmişəm. Hər gün məşq edirəm, özümü formada saxlayıram. Hansı klubla nə vaxt müqavilə bağlayacağımı bilmirəm. İstənilən vaxt karyeramı bitirə bilərəm. Amma oynamağa davam etmək istəyirəm”.

Qeyd edək ki, Keysuke Honda ötən mövsümün ikinci yarısını "Neftçi"də keçirib. "Ağ-qaralar"la Azərbaycan çempionluğunu qazanan Yaponiya millisinin sabiq üzvü Azərbaycan Premyer Liqasında meydana çıxdığı 7 oyunda 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right