İranda qadınları millinin oyuna buraxmadılar

İran hakimiyyəti  millinin DÇ-2022-nin seçmə mərhələsində Livana qarşı keçiriləcək oyuna qadınların tamaşaçı qismində stadiona daxil olmasını qadağan edib.

Newsport.az "Human Rights Watch"a istinadən xəbər verir ki, qadınları "İmam Rza" stadionuna buraxmayıblar. Bildirilib ki, hüquq-mühafizə orqanları onlara qarşı güc tətbiq etdiyi mümkündür. Oyuna biletlərin qadınlardan alındığı, lakin bunun onların stadiona daxil olmasına kömək etmədiyi qeyd edilir.

İran Futbol Federasiyası bəyanat yayaraq, yalnız 9 qadının saxta olmayan bilet aldığını və stadiona buraxıldığını açıqlayıb. Federasiya əlavə edib ki, azarkeşlər arasında saxta biletlər paylanıb, onların sahibləri matça buraxılmayıb.

Martın 29-da keçirilən İran-Livan oyunu meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right