Azərbaycana Belarusla oyunu boykot etmək üçün müraciət etdilər

Belarus İdman Həmrəyliyi Fondu (BFSS) Azərbaycan, Slovakiya və Qazaxıstana müraciət edib.

 

Newsport.az xəbər verir ki, fond bu ölkələrdən Belarus yığması ilə UEFA Millətlər Liqasındakı ev oyunlarını boykot etmələrini istəyib. Məlumatı qurumun mətbuat xidməti yayıb. Fond Belarusun Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə bu müraciətlə çıxış edib.

 

Qeyd edək ki, Azərbaycanın Belarusla səfər görüşü iyunun 6-sı keçiriləcək. Cavab oyunu isə iyunun 13-ü Bakıda olacaq. C Liqasının 3-cü qrupunda Slovakiya və Qazaxıstan da yer alıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right