Misir Salah üçün FİFA-ya şikayət ünvanladı

Misir Futbol Federasiyası seneqallı azarkeşlərdən FİFA-ya şikayət edib.

Newsport.az-ın məlumatına görə, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Federasiyasının belə addım atmasına səbəb fanatların DÇ-2022-nin seçmə mərhələsinin pley-off-unun cavab görüşündə Misir yığmasının oyunçusu Məhəmməd Salah və digərlərinə qarşı irqçi şüarlar səsləndirməsi olub. Həmçinin tərəfdarlar oyunda irqçiliklə bağlı pankartlar da açıblar. 

Qeyd edək ki, Misir ilk matçda Seneqala 1:0 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab oyununda Seneqal əsas və əlavə vaxtda 1:0 hesablı qələbə qazanıb. Seneqal penaltilər seriyasında Misiri 3:1 hesabı ilə məğlub edərək DÇ-2022-yə vəsiqəni təmin edib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right