"Türkiyənin nəticəyə təsir ədə biləcək çox yaxşı futbolçuları var"

Portuqaliya milli komandası DÇ-2022-nin pley-off mərhələsi çərçivəsində Türkiyə ilə qarşılaşacaq.

Newsport.az-ın məlumatına görə, yığmanın baş məşqçisi Fernando Santoş matçdan öncə baş tutan mətbuat konfransında açıqlama verib. 67 yaşlı mütəxəssis final səviyyəsində oyun olacağını deyib:

"Çalışdığım futbolçuların hamısı təcrübəlidir, əllərindən gələni edəcəklər. İnamla bağlı heç bir problem yoxdur. Türkiyə millisi keyifiyyətli və yaradıcı komandadır. Aqressiv xarakterləri var, ürəkdən oynayırlar. Serbiyaya qarşı yaxşı oynasaydıq, indi burada deyildik. Ancaq geriyə baxıb eyni şeyləri danışmağın faydası yoxdur.

Türkiyə ilə matçda maksimum mübarizə aparıb qələbə qazanmaq istəyirik. 11 milyonluq ölkəmiz üçün final oynayacağıq. Onlara xoşbəxtlik bəxş edəcəyimizə inanırıq. Türkiyənin nəticəyə təsir ədə biləcək çox yaxşı futbolçuları var. Əminəm ki, onlar da əllərindən gələni edəcəklər. Heyətdə kiçik dəyişikliklər edə bilərəm. Türkiyənin zəif və güclü tərəflərini futbolçular müəyyənləşdirəcək". 

Qeyd edək ki, Portuqaliya - Türkiyə qarşılaşması 24 mart tarixində Bakı vaxtilə saat 23:45-də "Draqao Stadionu"nda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right