"Qalatasaray"ın futbolçusu: "Kamp Nou"da oynamaq arzum idi"

“Qalatasaray”ın yarımmüdafiəçisi Kerem Aktürkoğlu Avropa Liqasının 1/8 final mərhələsinin “Barselona” ilə matçı barədə danışıb.

Newsport.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan Kerem İspaniyadakı oyun barədə fikirlərini bildirib:

“Kamp Nou”da oynamaq mənim arzum idi. Qol vurmağı necə də istəyirdim. İlk yarıda qol vurmaq üçün şansım da oldu. Ümumi nəticədən razıyıq. İnanıram ki, biz mütləq növbəti mərhələyə yüksələcəyik. İstanbulda azarkeşlərimizin qarşısında bunu edə bilərik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right