Futbol üzrə 2028-ci ilin Avropa çempionatının final mərhələsi böyük ehtimalla Britaniya və İrlandiyada keçiriləcək.
Newsport.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, təxminən 1 ay əvvəl İngiltərə, Şimali İrlandiya, Uels, Şotlandiya və İrlandiya “Avro-2028”i qəbul etmək üçün UEFA-ya birgə sifariş veriblər. Qəzetin fikrincə, bu ölkələr seçim zamanı alternativsiz qalacaqları üçün yarışda qalib olacaqlar.
“Türkiyə “Avro-2016” və “Avro-2024”ü uduzduğundan namizədliyini geri götürəcək” – deyə qəzet bildirib. Bundan başqa, Rusiyanın da “Avro-2028”i qəbul edə bilməyəcəyi iddia olunub.
Qeyd edək ki, “Avro-2028” üçün sifarişlərin qəbulu 2022-ci ilin martın 23-də başa çatır.