Azərbaycan millisində oynamış futbolçu: "Dua edirik"

Azərbaycan millisinin qapısını qorumuş Andrey Popoviç Sportal.az saytına açıqlama verib.

Newsport.az-ın məlumatına görəqolkiper hazırda Ukraynadakı mövcud vəziyyətlə bağlı danışıb.

Hazırda "LNZ Çerkassı" klubunda çıxış edən millimizin sabiq qolkiperi bunları deyib:

"Hazırda Ukraynada baş verənlər sadəcə dəhşətdi. Kiyev və Xarkovda baş verənləri hamı görür. Bu, sadəcə olaraq dəhşətdi. Kiyevdə yaşayış binasını mərmi atdılar. Biz də komanda ilə birlikdə Türkiyədə toplanışdaydıq. Geri qayıtmaq istəyirik, bu, mümkün deyil. Çünki hava limanları bağlıdı Ukraynada. Yoxsa, evə qayıtmağı çox istəyirik. Ümidvaram ki, hər şey tezliklə bitəcək. Bütün ukraynalılar üçün dua edirik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right