"Marsel"in futbolçusu: "Qarabağ"a buna görə təşəkkür edirik"

“Marsel”in futbolçusu Matteo Gunduzi “Qarabağ”la matçdan sonra mətbuat konfransında çıxış edib.

Newsport.az-ın məlumatına görə, Fransa millisinin üzvü Ağdam klubuna qarşı keçirilən oyunu şərh edib:

- Həmin epizodda hamı gördü ki, top oyunçunun əlinə dəydi. Gözləyirdik ki, hakim bunu görər və qeydə alar. Amma bunu qeydə almadı. Topun ələ toxunuşunu görmədiyini dedi. Düzdü, “Qarabağ” oyunçuları ilə mübahisəmiz oldu. Amma yaxşı ki, sonda baş məşqçiləri və kapitanı bunu qəbul etdi və haqq yerini tapdı. Onlara buna görə təşəkkür edirik.

- “Klermon”a uduzduqdan sonra bura gələndə vəziyyət necə idi? Və indiki vəziyyət necədi?

- Biz mərhələ adladıq. Amma unutmayaq ki, “Qarabağ” çox güclü oynadı, güclü komandadı. Bura gələrkən hazırlaşmışdıq. Bizim üçün əsas olan nəticə idi. 3 qol vurub, top buraxmamaq da böyük nailiyyətdi. Nəticə qazandığımıza görə şadıq.

- Həm qol vurdunuz, həm də qapınıza vurulan qolun sayılmamasında əsas rol oynadınız. Hansı daha vacib idi?

- Çox çətin oyun oldu. Çünki qarşımızdakı komanda gözəl oynadı. Amma bizim üçün əsas hədəf mərhələni keçmək idi. 3 qol vuraraq bunu etdik. Buradakı oyunumuzun hədəfi mərhələ keçmək idi.

- “Qarabağ”ın əllə qol vuran futbolçusunun əvəzində sən olsaydın əllə oynadığını etiraf edərdin?

- Nadir haldı. Bunun cavabını vermək üçün əlimlə qol vurmalıyam.

- Tribunalarda azarkeşlər çox idi, ab-hava yaxşı idi. Bu, sizin oyununuza təsir etdi?

- Yox. “Qarabağ”ın azarkeşləri komandalarına dəstək verdilər. 3 il bundan qabaq “Arsenal” heyətində burada oynayarkən eyni ab-hava görmüşdüm. “Qarabağ” azarkeşləri sona qədər həmişə komandalarına dəstək verirlər. Onlar öz komandalarını sevirlər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right