Türkiyə 1-ci liqasında 26-cı turun oyunları keçiriləcək.
Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Namiq Ələskərovun çıxış etdiyi "Bursaspor" da növbəti sınağına çıxacaq.
"Timsahlar" səfərdə lider "Ankaragücü" ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
"Bursaspor" keçirdiyi 23 oyunda 24 xal toplayıb və turnir cədvəlinin 16-cı pilləsindədir.