Raymon Domenek: "Qarabağ" "Marsel"i meydanda "süpürdü"

Fransa milli komandasının sabiq baş məşqçisi Raymon Domenek "L'Equipe" nəşrinə açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 70 yaşlı mütəxəssis "Qarabağ"ın "Marsel"ə 1:3 hesabı ilə məğlub olduğu oyun haqda danışıb. Domenek Fransa təmsilçisininin oyununu təndiq edib:

"Qarabağ" kimi komandaya qarşı fərqli mübarizə gözləyirdik, rəqib bizi meydanda "süpürdü". Razıyam, heyətdə bir neçə rotasiya edildi. Oyuna nəzarət bizdə olmadı, onları çətinliyə salmadıq. Bəzən narahat edən qələbələr olur. Bu qələbə sizi narahat edə bilər. De La Fuenteni meydanda görmədik, deyəsən oynadı. Cengiz Ünder cinahda nələrsə edirdi, amma işə yaramadı. "Marsel"in ikinci qolunda heç bir oyundankənar vəziyyət yox idi, lakin “Qarabağ”ın iki epizodunda də ofsayd yox idi".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right