Vüsal İsgəndərli oynadı, komandası heç-heçə etdi

Türkiyə I Liqasında 22-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Ankara Keçiörengücü" doğma meydanda "Samsunspor"u qəbul edib. Matç 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Vüsal İsgəndərli də bu görüşün iştirakçısı olub. Qarşılaşmaya start heyətdə başlayan 27 yaşlı vinger 71-ci dəqiqədə əvəzlənib.

22 turdan sonra 27 xal toplayan "Ankara Keçiörengücü" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right