"Fənərbaxça" futbolçusunu icarəyə verdi

"Fənərbaxça"nın futbolçusu Maks Meyer karyerasını Danimarkada davam etdirəcək.

Newsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Almaniyalı yarımmüdafiəçi "Midtyulland"a keçib. 26 yaşlı futbolçu mövsümün sonunadək icarə əsasında Danimarka klubunda çıxış edəcək.

Qeyd edək ki, Maks Meyer "Fənərbaxça"ya mövsümün əvvəlində "Köln"dən keçib. O, İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 12 oyunda 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right