“Benfika”nın futbolçusu “Qalatasaray”da

Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, “cim-bom” “Benfika”nın yarımmüdafiəçisi Jedson Fernandeşlə anlaşıb.

İstanbul klubu 23 yaşlı futbolçunu 1,5 milyon avro qarşılığında icarəyə götürüb. Portuqaliyalı futbolçu ilə 1,5 illik müqavilə imzalanacaq.

Jedson Fernandeş ötən mövsümün ikinci yarısını da icarə əsasında “Qalatasaray”da keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right