"Liverpul" "Arsenal"ı məğlub edib finala yüksəldi

İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib.

 

Newsport.az xəbər verir ki, "Liverpul" səfərdə "Arsenal"ın qonağı olub. Qarşılaşma Mersisayd təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

 

Bu komandalar arasında baş tutan ilk görüş qolsuz bərabərliklə başa çatdığı üçün Yurgen Kloppun komandası iki oyunun nəticəsinə görə finala yüksəlib. "Liverpul" həlledici matçda "Çelsi" ilə qarşılaşacaq.

 

"Arsenal" - "Liverpul" 0:2

Qollar: Dieqo Jota, 19, 77

Qırmızı vərəqə: Tomas Partey, 90





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right