A Seriyası klubuna texniki məğlubiyyət verildi

İtaliyanın "Salernitana" klubuna texniki məğlubiyyət verilib.

Newsport.az-ın məlumatına görə, bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb. Salerno təmsilçisi XIX turda "Udineze" ilə oyuna çıxmaqdan imtina etdiyi üçün cəzalandırılıb. Bundan əlavə klubun hesabından da 1 xal silinib.

"Salernitana" dekabrın 21-də keçirilməli olan bu qarşılaşmaya komandada koronavirusa yoluxanların sayının çoxluğunu səbəb göstərərək çıxmayıb.

Salernolular hazırda 10 xalla turnir cədvəlinin sonuncusudu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right